Təmizlik üçün xərclənən vaxta qənaət etməyimizi təmin edən robot tozsoran modelləri müxtəlif döşəmə növlərində istifadə edilə bilər. Xüsusiylə ev heyvanı saxlanılan evlərdə, istifadə edilməsi tövsiyyə olunandır. Rahatlıqla uzaqdan idarə oluna bilir və çox kiçik səslə təmizlik fəaliyyətini davam etdirir.
Tozsoranı bir otaqdan digərinə daşımaq kimi, əlavə zəhmətə ehtiyyac qalmır. Roborock robot tozsoran modelləri daşınabilən və yüksək sovurma gücü ilə evinizin təmizliyini tamamiylə avtomatik hala gətirir. Təmizliyə ehtiyacı olan otaqları təsbit edən, cərəyanı bitmədən öz enerji stansiyasına qayıdan, toz qabı dolduğunda avtomatik xəbərdarlıq edən, yeni nəsil texnologiyaya sahib robot tozsoranlar, ortalama 2-4 saatlıq işləmə müddətinə sahibdir.
Ağıllı inteqrasiya – bəzi modellər səsli asistantlara və ağıllı ev sistemlərinə qoşula bilir.
Planlı təmizlik – evdə olmasanızda robotu təmizlik etməsi üçün nizamlaya bilərsiniz.
Maneələrin aşkarlanması – inkişaf etmiş sensorları ilə mebel və divarlarla toqquşmadan hərəkət edə bilir. Məhsuldar hərəkət üçün lidar və gps xəritələri istifadə edir.
Evcil heyvan təmizliyi – tük tökən it, pişik kimi evcil heyvanlarınız varsa, buna özəl olaraq dizayn edilmiş modelləri axtarın.
Robot tozsoran üstünlükləri
Robot Tozsoranlar həyatınızı asanlaşdıra biləcək bir neçə fayda təklif edir. İndi bəzi əsas üstünlükləri nəzərdən keçirək:
Rahatlıq: robot tozsoranlar müstəqil işləyir və sizi əl təmizliyindən azad edir. Yatarkən və ya evdən kənarda olduğunuz zaman döşəmələrinizi təmizləyə bilərlər. Bəzi modellər hətta yığılan tozları daha böyük bir konteynerə boşalda bilər ki, bu da tez-tez boşaltma ehtiyacını azaldır.
İstifadəsi asandır: əksər robot tozsoranlar işə başlamaq üçün qısa bələdçi kitabçası ilə gəlir və bir neçə dəqiqə ərzində quraşdırıla bilər. Təmizləmə vaxtlarını planlaşdıra, təmizlik sahələrini müəyyənləşdirə və hətta uzaqdan idarə edə bilərsiniz.
Yığcam və yüngül: robot cihazlar kiçikdir və onları saxlamaq asandır. Onlar standart şaquli süpürgələrdən daha yüngüldür, bu da onları gündəlik istifadə üçün rahat edir.
Əlçatmaz yerlərdə effektiv: robot cihazlar sensorları sayəsində açıq yerlərdə hərəkət edə, divarlar boyunca təmizlik edə və mebelin altına nüfuz edə bilərlər. Ənənəvi süpürgələrin çətinlik çəkdiyi yerlərə çatabilirlər.
Daha az səs-küy: robot süpürgələr standart şaquli tozsoranlarla müqayisədə daha az səs istehsal edir (55 ila 80 desibel arasında). Onlar işləyərkən sakitçiliyi pozulmaz.
Enerji səmərəliliyi: robot süpürgələr daha az enerji sərf edir və istifadə zamanı elektrik yuvasından enerji sərf etmir. Ekoloji cəhətdən təmiz və qənaətcildirlər.
Beləliklə, robot süpürgələr rahatlıq, səmərəlilik və səssiz fəaliyyət təklif edir, lakin onlar ənənəvi tozsoranları tamamilə əvəz edə bilməzlər. Robot süpürgənin eviniz üçün almağa qərar verərkən, xüsusi ehtiyaclarınızı və seçimlərinizi nəzərə alın.
Robot tozsoran seçərkən nəyə diqqət etməliyik?
Robot tozsoran almadan öncə ilk növbədə evinizin ümumi sahəsini nəzərdən keçirməlisiz. Bəzi modellər 300-400 kv-lıq geniş evlər üçün nəzərdə tutulub, bununla yanaşı 60-70 kv-lıq ərazilər üçün də modellər mövcuddur. Digər baxacağınız mövzu robotun funksiyaları və parametrləridir.
Lazer naviqasiyalı robotlar– lazer vasitəsiylə evinizi təhlil edir, xəritəsini çıxarır və yaddaşına qeyd edərək saxlayır. Eviniz 2 və ya 3 mərtəbəlidirsə, bəzi modellər hər mərtəbənin xəritəsini çıxararaq yaddaşında saxlaya bilir.
Kamera naviqasiyalı robotlar– əsasən tavanı təhlil edərək evimizin sahəsini müəyyənləşdir.
Giroskop naviqasiyalı robotlar– qarşısındakı maneəyə toxunaraq öz istiqamətini dəyişir. Əəsasən kiçik ölçülü evlər üçün məqsədə uyğundur.
Robot tozsoran seçərkən məlumatlı seçim etdiyinizə əmin olmaq üçün aşağıdakı amilləri nəzərə alın:
Döşəmə növü uyğunluğu:
Cihazın döşəmə növünə (parket, laminat, kafel, linoleum) uyğun olub olmadığını yoxlayın. Bəzi modellər bəlli döşəmələrdə daha yaxşı performans göstərirlər.
Sovurma gücü:
Kir, toz və ev heyvanlarının tüklərini effektiv şəkildə təmizləmək üçün sovurma cihazın sovurma gücünə diqqət edin. Cihazın sovurma gücü paskal ilə ölçülür. Modelin motor gücünə əsasən sovurma gücü dəyişir. Müxtəlif sovurma gücündə olan robotlar mövcuddur. Daha yüksək sovurma gücü xalçalar üçün xüsusilə faydalıdır.
Batareya ömrü və enerji müddəti:
Daha uzun batareya ömrü robotun tez-tez elektrik yığmadan geniş əraziləri təmizləməsinə imkan verir. Həmçinin, nə qədər sürətli şarj olunduğunuda düşünün.
Naviqasiya və Xəritəçəkmə:
Qabaqcıl modellərdə dəqiq naviqasiya üçün lidar sensorlar və ya kameralar istifadə olunur. Xəritəçəkmə imkanları robota maneələrdən qaçmağa və təmizliyi effektiv şəkildə yerinə yetirməyə kömək edir.
Zibil qutusu tutumu:
Daha böyük bir zibil qutusu, daha az sıxlıqla boşaltmaq mənasına gəlir. Böyük bir eviniz və ya ev heyvanınız varsa bunu nəzərə alın.
Ağıllı funksiyalar:
Wifi bağlantısı, mobil tətbiqlə idarə, səsli köməkçilər ilə uyğunluğu və cədvəl imkanlarına baxın.
Qulluq və filtr dəyişdirmə:
Robotu təmizləmək və filtrləri dəyişdirməyin nə qədər asan olduğunu yoxlayın. Davamlı texniki xidmət optimal performans təmin edir.
Səs səviyyəsi:
Bəzi modellər digərlərindən daha səssizdir. Səs-küy sizin üçün narahatlıq yaradırsa, daha az desibeldə olan modeli seçin.
Prioritetlərinizi anlamaq evinizə ən uyğun olanı tapmağa kömək edəcəkdir. Bəzi modellər yalnız nəm təmizləmə, bəziləri isə quru təmizləmə edirlər. Həmçinin həm nəm, həmdə quru təmizləməni özündə birləşdirən modellər mövcuddur. Xalçanı təmizləmə rejimi olan modellərdə, tozsoran xalça ilə təmas etdikdə onun xalça olduğunu müəyyənləşdirərək avtomatik sovurma gücü artırır. Robotun bu funksiyasının olma səbəbi xalçaların daha çox toz və çirk qəbul etməsinə görədir.
Vaxta qənaət, rahatlıq və məhsuldarlığı səbəbiylə gedərək daha məşhur hala gəlmişdir.
Robot tozsoran qiyməti
Cihazların büdcənizə uyğun olaraq müxtəlif qiymətlərdə modelləri mövcuddur. Saytımızda 850 - 2900 manat arası fərqli modellər təqdim olunub. Məhsullara daxil olaraq qiymətlərin incələyə və müqayisə edə bilərsiniz.